Əfqanıstandakı partlayışda xəsarət alanların sayı 105-ə çatıb - YENİLƏNİB


Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində xəsarət alanların sayı 105 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat yayılıb. Verilən məlumatlara görə, 34 nəfər həyatını itirib. Xəsarət alanlardan 26-sı uşaq, 5-i isə qadındır.
Hücuma görə məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürüb.

***11:16
Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli telekanallar məlumat verib. Bildirilir ki, hadisə səhər saatlarında bələdiyyə binasının qarşısında qeydə alınıb. Şahidlərin sözlərinə görə, partlayışdan sonra silah səsləri eşidilib. Partlayış nəticəsində 50 nəfərin xəsarət aldığı deyilsə də, bu rəqəmin artacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top