Gürcüstanda DİN rəhbərinin istefası tələbi ilə növbəti aksiya keçirilir


Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında növbəti aksiya keçirilir.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, sayca onbirinci olan aksiyada az kütləvilik müşahidə olunur.

Aksiyaçılara müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının üzvləri də qoşulub.

Aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

Eyni tələblə parlament binasının önündə quraşdırılmış çadırlarda 5 aksiyaçı bir həftədən çoxdur aclıq aksiyası keçirir.

DİGƏR XƏBƏRLƏR

Top