İlham Əliyev UNESKO-nun Baş direktorunu qəbul edib - YENİLƏNİB

Bu gün Prezident İlham Əliyev UNESKO-nun Baş direktoru Odre Azulenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətinə toxunulub, dünyada bu tədbirə böyük marağın olduğu qeyd edilib.

UNESKO-nun Baş direktoru Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfəni yüksək qiymətləndirib, ölkəmizdə mədəni və tarixi irsin qorunması və təbliği istiqamətində görülən işlərin əhəmiyyətini qeyd edib. Odre Azule Azərbaycanın Elm Muzeyinin təsis edilməsi təşəbbüsünə UNESKO-nun dəstək verdiyini nəzərə çatdırıb.

Görüşdə mədəniyyətlərarası dialoqa toxunan Prezident İlham Əliyev “Bakı Prosesi”nin artıq böyük qlobal platformaya çevrildiyini və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini söyləyib. Prezident İlham Əliyev deyib ki, ölkəmizdə mədəni və təbii irsin qorunması gündəlikdə duran ən önəmli məsələlərdən biridir.

Görüşdə Azərbaycan ilə UNESKO arasında elm və təhsil sahələrində əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, bu sahədə UNESKO-nun xətti ilə həyata keçirilən layihələrin önəmi vurğulanıb.


***15:22
İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevUNESKO-nun Baş direktoru xanım Odre Azulenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top