Dünən qəzaya düşən dünya və Avropa çempionu vəfat etdi - FOTO


Ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən Fərhad Poladov dünyasını dəyişib.

Yeniavaz.com Musavat.com-a istinadən xəbər verir ki, 2013-cü ildə MMA üzrə dünya kubokunu, 2014-cü ildə isə dünya çempionluğunu qazanan Fərhad Poladov vəfat edib.

O, əməliyyat olunduğu 3 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, F.Poladov dünən günorta saatlarında “Koroğlu” metrostansiyasının yaxınlığında “Niva” markalı avtomobili ilə qəzaya düşmüşdü.

Ağır xəsarət alan idmançı Sabunçu xəstəxanasına yerləşdirilmişdi.

Allah rəhmət eləsin.

DİGƏR XƏBƏRLƏR

Top