Kürdəmirdə ağır qəza - FOTO

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, qəza Bakı-Qazax yolunun Kürdəmirin Qarabucaq kəndindən keçən hissəsində olub.

23 yaşlı İslamov Elsevər Cümşüd oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil nasaz olduğu üçün yol kənarında dayanıb. Allahverdi Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobil isə ona arxadan çırpılıb və nəticədə “Mercedes”in sərnişini olan şəxsi vuraraq yolun kənarına atıb.

DİGƏR XƏBƏRLƏR

Top