Kim Çen In və Tramp arasında keçirilən görüş başa çatıb​ - YENİLƏNİB

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüş başa çatıb.

Yeniavaz.com "TASS"a istinadən xəbər verir ki, tərəflər arasında görüş Cənubi Koreya və KXDR arasında hərbsizləşdirilmiş zonada yerləşən Pxanmuncom danıqışlar məntəqəsində keçirilib.

Bildirilir ki, görüşdə həmçinin Cənubi Koreya prezidenti Mun Çje İn də iştirak edib.


***11:19
ABŞ prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında görüş başlayıb.

Yeniavaz.com "RİA Novosti"yə istinadən xəbər verir ki, iki ölkə lideri ilk dəfə Koreya yarımadasını iki hissəyə bölən hərbi-demarkasiya xətti üzərindən bir-birinin əlini sıxıblar.

Bildirilir ki, tərəflər arasında görüş Cənubi Koreya və KXDR arasında hərbsizləşdirilmiş zonada yerləşən Pxanmuncom danıqışlar məntəqəsində keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top