Küləkli hava Mingəçevirdə bəzi fəsadlara səbəb olub


Axşam saatlarında yağışla müşayiət olunan külək zamanı Mingəçevirdə ağaclardan biri Vəli Hüseynov küçəsində qırılıb düşüb.
Yeniavaz.com xəbər verir ki, avtomobil və piyadaların hərəkətinə müvəqqəti əngəl yaradan ağac həm də yaxınlıqdakı obyektlərdən birinə məxsus kiçikdiametrli qaz xəttini zədələyib.
Digər ərazilərdə də azmiqyaslı oxşar təbiət hadisəsi müşahidə olunub. Hava şəraiti bəzi küçələrdə açılmalara və elektrik enerjisinin verilişində fasilələrə səbəb olub, 20 Yanvar küçəsində fasilə daha uzun vaxt alıb. Bu zaman həmin ərazinin kəsişmələrində, xüsusilə də N.Nərimanov küçəsi ilə təmas hissədə nəqliyyatın hərəkətini tənzimləyən işıqforlar sönüb.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top