Almaniyalı bloqer Daniel Hakbuş (Daniel Hackbusch) 46 minlik şəxsi “Instagram” hesabında Bakıya səfəri zamanı lentə aldığı paytaxtımızın gəzməli-görməli yerlərini, eyni zamanda əzəmətli, futuristik və memarlıq incisi sayılan bir sıra binaların foto və videolarını paylaşıb.
Daniel ölkəmiz haqqında təəssuratlarını bölüşərək, Bakıya aşiq olduğunu yazıb:
“Bakını sənədli filmlərdə görmüşdüm, həmişə buraya gəlmək istəyirdim. Mən bu şəhərə aşiq oldum, Bakı inanılmazdır”.
Daniel Bakının gözəlliyini və ecazkarlığını göstərmək üçün çəkilişlərin əksəriyyətini dron aparatının köməkliyi ilə aparıb. Onun çəkdiyi foto və videolar arasında Bakının simvolları hesab edilən İçərişəhər, Fəvvarələr meydanı, Dağüstü park, Alov güllələri və Heydər Əliyev Mərkəzi yer alıb.
Qeyd edək ki, D. Hakbuş ölkələri qarış-qarış qəzərək, səyahət zamanı qarşılaşdığı gözəl mənzərələri kamerasının yaddaşına həkk edərək izləyiciləri ilə sosial şəbəkə hesabında bölüşür.//oxu.az