Sosial şəbəkədə şantaj edib pul alarkən yaxalandı - Cəlilabadda

Cəlilabad sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Cəlilabad rayonunun Günəşli kənd sakini Ə.Əliyev RPŞ-yə müraciət edərək, iyunun 24-də Salyan rayon sakini R.Ağayevin onun həmkəndlisi olan qohumu K.Həsənovu sosial şəbəkədə təhqir edəcəyi ilə hədələyib, 3000 manat pul istədiyini bildirib.

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 28-də R.Ağayev Ə.Əliyevdən 3000 manat pulu alarkən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

DİGƏR XƏBƏRLƏR

Top