Bakıda İran vətəndaşı qəza törədərək xəsarət alıb


Bakının Binəqədi rayonunda baş vermiş avtoqəzada İran vətəndaşı xəsarət alıb.

Qəza zamanı Bakı Slavyan Universitetinin 1-ci kurs tələbəsi İran vətəndaşı, 1988-ci il təvəllüdlü Paryam Barzin Tohdunun idarə etdiyi mopedlə "Renault" markalı avtomaşın toqquşub.

Hadisə nəticəsində İran vətəndaşı xəsarət alıb. Araşdırma zamanı məlum olub ki, o, qırmızı işıqda hərəkətinə davam etdiyinə görə qəza törədib.//APA

DİGƏR XƏBƏRLƏR

Top