Bakıda qayda pozan sürücü ona irad bildirən şəxsin üzərinə hücum etdi - VİDEO


Bakıda qaydaları pozan daha bir sürücü barədə avtosfer.az saytına şikayət daxil olub. Görüntüləri qeydə alan sürücü bildirib ki, iyunun 28-də paytaxtın Azadlıq prospektində hərəkət edən zaman, sağ zolaqdan sol zolağa yerdəyişmə edən 99-RA-037 qeydiyyat nişanlı "Hyundai Sonata" markalı avtomobilin sürücüsü onun hərəkətinə mane olub. Sürücü qəzanın qarşısını almaq məqsədi ilə səs siqnalı verən zaman, qayda pozan sürücü qəfil tormoz verərək hərəkəti məhdudlaşdırıb və avtomobildən düşərək görüntünü qeydə alan sürücüyə qarşı qərəzli hərəkətlər edib.

 

 

DİGƏR XƏBƏRLƏR

Top