Bakıda baş vermiş qəzada dünya çempionu xəsarət alıb - FOTO - YENİLƏNİB

Bakının Sabunçu rayonunda, Bakı Olimpiya Stadionunun qarşısında baş vermiş avtoqəzada xəsarət alanlardan biri Şaolin ustası, MMA döyüş növü üzrə dünya çempionu 1993-cü il təvəllüdlü Fərhad Rahib oğlu Poladovdur.

APA-nın xəbərinə görə, F.Poladov həmin vaxt "Niva" markalı avtomobili idarə edirmiş.

Hazırda idmançının müalicəsi 3 saylı Şəhər Klinik Xəstəxanasında davam etdirilir.

19.08

Bakı Olimpiya Stadionunun qarşısında yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bununla əlaqədar Heydər Əliyev prospekti - Hava limanı istiqamətində tıxac var.

Tıxacla əlaqədar qeyd edilən yolda sürət həddi 20 km/saat endirilib.

 


 

DİGƏR XƏBƏRLƏR

Top