FHN-dən Qubadakı partlayışla bağlı AÇIQLAMA


Quba rayonunda qaz partlayışı olub.
Yeniavaz.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Amsar kəndində ümumi sahəsi 48 kv.m olan kürsülü, birmərtəbəli 2 otaqlı evin həyətyanı sahəsində həcmi 40 litr olan məişət qaz balonunda yanğınla nəticələnən ani partlayış baş verib.
Yanğın nəticəsində evin döşəməsi 4 kv.m sahədə yanıb.
Yanğın zamanı 4 nəfər xəsarət alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top