Tramp Obamanı günahlandırdı: "Ərdoğana haqsızlıq edilib"


ABŞ prezidenti Donald Tramp ""G-20" sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra mətbuat konfransı keçirib və gözlənilməz açıqlamalar verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tramp mətbuata açıqlamasında "Obama ədalətli davranmayıb, Ərdoğanın günahı yoxdur" ifadəsini işlədib. O həmçinin "Son dəqiqə. Türkiyəni sevirəm, bəli, ölkəmi də sevirəm amma Türkiyəyə qarşı ədalətsizliyə yol verildi" deyib.
D. Tramp Obama (ABŞ-ın eks prezidenti) hakimiyyəti dövründə Türkiyəyə qarşı ədalətsizlik edildiyini, Türkiyənin ABŞ-dan hava hücumundan müdafiə sistemi almasına icazə verilmədiyini deyib: "Obama "xeyr" dedi. Hər zaman "xeyr" dedilər. Türkiyənin isə özünümüdafiə üçün bu sistemə ehtiyası var idi. Ona görə də Rusiyaya üz tutdular. Çünki məndən əvvəlki iqtidar Türkiyənin bu sistemləri bizdən almasına icazə vermədi".
O Türkiyənin bu sistemləri almaq üçün külli miqdarda maddi vəsait xərclədiyini də dilə gətirib: "Bizim ölkədən dedilər ki bu sistemdən istifadə etməyinizi istəmirik. Bizə yaxşılıq edin, biz sizə onsuz da bu sistemləri satacağıq. Ancaq o zaman çox gec idi. Çünki Türkiyə artıq bu sistemləri əldə etmişdi".
O bildirib ki, bu müddət ərzində Türkiyə ABŞ-dan 100 ədəd "F-16" qırıcısı alıb: "İndi də pulunu ödədikləri "F-35" təyyarələrini istəyirlər. Onlar buna görə bizim şirkətlərə pul ödəyiblər".
Tramp Ərdoğanı "qəliz insan" adlandırıb: "Xeyr, mən ölkəmizi sevirəm, amma bunu demək məcburiyyətindəyəm. Bilirsiniz ki, prezident Ərdoğan rahib Bransonu bizə təhvil verdi. Ərdoğan mənim baxış bucağımdan çox qəliz insandır. Ona ədalətsizlik edildiyi qənaətindəyəm. Çünki "Patriot" ala bilməzsən dedik və başqa sistem aldıqdan sonra fikrimizi dəyişdik. Qarışıq mövzudur. Üstündə işləyirik".
Tramp həmçinin görüşdən əvvəl də sələfi Obamanı bəzi mövzularda günahlandırmış və "S-400" məsələsi ilə bağlı bu ifadələri işlətmişdi: "Qarışıq mövzudur. Məsələnin həlli üçün alternativlər axtarırıq. Ədalətli olmaq lazımdır(Türkiyəni nəzərdə tutaraq)".

DİGƏR XƏBƏRLƏR

Top