VAZ-lar toqquşdu: II kurs tələbəsi öldü - FOTOLAR


Qobustan rayonunda ağır yol qəzası baş verib. Rayonun Təklə kəndi yaxınlığında “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ 2106”-nın sərnişini, kənd sakini 1998-ci il təvəllüdlü Nəbiyev Mürvət Zahid oğlu hadisə yerində dünyasını dəyişib.

M.Nəbiyev Azərbaycan Müəllimlər İnstitutunun II kursunda təhsil alırdı.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin dəqiq səbəbləri araşdırılır.


(Oxu.az)
 

DİGƏR XƏBƏRLƏR

Top