"Ağ ev" və Ankara Ərdoğan-Tramp görüşü haqqında bəyanat yayıblar


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-lı həmkarı Donald Tramp ilə Yaponiyanın Osaka şəhərində keçirilən "G-20" sammiti çərçivəsində təkbətək görüşüblər.

Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, "Ağ ev"dən görüşlə bağlı açıqlama verilib.

Açıqlamada Trampın Ərdoğanı S-400 məsələsindən yayındırmaq istədiyi bildirilir: "Prezident Tramp, həmkarı Ərdoğana Türkiyənin Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemi alması haqqında qayğılarını çatdırıb və Türkiyəni NATO ilə müttəfiqliyini gücləndirmək üçün ABŞ-la işləməyə dəvət edib".

"Ağ ev"dən verilən məlumatda həmçinin, iki liderin ölkələrin rifahı baxımından qarşılıqlı ticarət dövriyyəsini gücləndirmək və Suriya məsələsində ortaq məxrəcə gələ bilmək üçün də müzakirələr apardıqları bildirilir.

Bu barədə rəsmi Ankaradan da açıqlama verilib: "Ərdoğan və Trampın görüşündə qarşılıqlı münasibətlər və Suriyadakı hadisələr başda olmaqla regional məsələlər müzakirə edilib. İclas zamanı 75 milyard dollarlıq ticarət dövriyyəsi yenidən gündəmə gətirilib və növbəti addımlar haqqında danışılıb".

DİGƏR XƏBƏRLƏR

Top