İtaliyada 43 nəfərin öldüyü körpü belə partladıldı - VİDEO


Ötən il İtaliyanın Genuya şəhərində üzərindən avtomobil yolu keçən körpünün çökməsi nəticəsində 43 nəfər dünyasını dəyişmişdi.

Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, həmin körpüdən geriyə qalan qəzalı vəziyyətdəki tikili mütəxəssislər tərəfindən xüsusi partlayıcılarla partladılıb.

Beton və dəmir konstruksiyadan ibarət 4500 ton ağırlığındakı körpü partladılmamışdan öncə ərazidə yaşayan minlərlə insan təxliyyə edilib. 300 metrlik sahədəki bütün yollar isə bağlanıb.

Partlayışdan sonra ətrafa toz yayılmasının qarşısını almaq üçün əraziyə su çənləri yerləşdirilib.

Qəzalı körpü 8 saniyədə yerlə bir olub və ortaya maraqlı kadrlar çıxıb. Həmin anlar isə lentə alınıb.

Qeyd edək ki, 1967-ci ildə istifadəyə verilən körpü Genoya şəhərində nəqliyyatın şah damarlarından hesab olunurdu. 1,2 kilometr uzunluğundakı körpü 90-cı illərdə və 2016-cı ildə əsaslı təmir edilsə də, tərkibindəki dəmir konstruksiyalar bu müddət ərzində çürümüş və çökməyə səbəb olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top