Qazaxda güclü külək fəsadlar törətdi


Qazax rayonunda yağışla müşayiət olunan güclü külək fəsadlar törədib.

Qazax şəhərində külək bir neçə ağacı aşırıb.

Onlardan bəziləri elektrik xətlərinin üzərinə düşdüyü üçün, elektrik enerjisi verilişində fasilələr yaranıb.

Aşan ağaclardan biri avtomobilin üzərinə düşüb.

Məsələ ilə əlaqədar aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması istiqamətində işlərə başlayıb.

Hazırda rayon ərazisində hava şəraiti sabitdir. (Report)

DİGƏR XƏBƏRLƏR

Top