Azərbaycanda daha bir ağır yol qəzası - 1 ölü, 2 yaralı


Balakəndə yol qəzasi baş verib. Hadisə ötən gün axşam saatlarında Balakən-Qazma avtomobil yolunda baş verib. 

Belə ki, Qazma kənd sakini Yusif Hacıyevin idarə etdiyi minik avtomobili ilə Bedağar kənd sakini - 1985-ci il təvəllüdlü Azər Əlihacı oğlu Qandayevin idarəetdiyi minik avtomobili toqquşub. Qəza zamanı sürücü Yusif Hacıyev xəsarət almasa da, avtomobildə olan anası - 1964-cü il təvəllüdlü Əmanət Qurban qızı Hacıyeva,  gəlinləri - 1993-cü il təvəllüdlü Türkanə Sultan qızı Hacıyeva və digər avtomobilin sürücüsü A. Qandayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. 

Yaralılardan Ə. Hacıyeva əməliyyat edildikdən bir qədər sonra xəstəxananın Reanimasiya şöbəsində vəfat edib. Digər yaralıların vəziyyəti yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. 

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top