Ağstafadakı qəza ilə bağlı cinayət işi başlanıldı


Ağstafada 2 nəfərin ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb. 

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam edir. 

Qeyd edək ki, rayonun Poylu kəndi yaxınlığında   “Mersedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb. Hadisə zamanı avtomobilin aşması nəticəsində Ağstafa rayon sakinləri - 1989-cu il təvəllüdlü Ramil Nəsirəddin oğlu Kazımov, 1991-ci il təvəllüdlü Vüsal Xıdır oğlu Axundov xəsarət alıb, Cəsur İbrahim oğlu Ağayev, Fərhad İsmayıl oğlu Əliyev isə ölüb. 

Yaralılar Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top