Xırdalanda universitetin qarşısında ana və qızını avtomobil vurub


Xırdalan şəhərində, Bakı Mühəndislik Universitetinin yaxınlığında yol qəzası baş verib.

"VAZ 2107" markalı minik avtomobili 1987-ci il təvəllüdlü Baloğlanova Könül Mahmud qızı və onun övladı 2012-ci il təvəllüdlü Baloğlanova Aylin Emin qızını vurub.

Ağır xəsarət alan yaralılar təcili olaraq 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Ana və azyaşlı övladı reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.//APA

DİGƏR XƏBƏRLƏR

Top