Bakıda itkin düşən şəxsin 2 aydan sonra meyiti tapıldı


Bakıda iki ay əvvəl itkn düşən şəxsin meyiti tapılıb.

Paytaxtın Sabunçu rayon sakini Pəncəliyev Elşən Əliheydər oğlu bu il aprelin 19-da itkin düşüb.

İyun ayının 10-da isə Abşeron rayonu, Novxanı kəndi ərazisində meyit tapılıb. Araşdırmalar zamanı məlum olub ki, tapılan meyit E.Pəncəliyevindir.

Meyit ailəyə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.(Trend)

DİGƏR XƏBƏRLƏR

Top