ABŞ səfirliyi Azər Sarıyevə viza verməkdən imtina edib


ABŞ səfirliyi jurnalist, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Azər Sarıyevə və həyat yoldaşına viza verməyib. Yeniavaz.com xəbər verir ki, Azər Sarıyev bu barədə sosial mediada məlumat yayıb.

"ABŞ səfirliyindəki konsullar nəyi necə etdiklərini deyəsən, özləri də bilmirlər. Niyə iş adamına, ictimai fəala viza verilir, dövlət qulluqçusuna viza verməkdən imtina edilir? Bütün dünyaya da ədalət dərsi keçirlər. Əvvəl özünüz ədalətli olun, sonra başqalarına ağıl öyrədin! Bəyənmədiyimiz və bəyənmədiyiniz İran sizə baxanda şükürlüdür ki!

Yeni nəsil robotlarına oxşayan bir konsul əvvəlcədən əzbərlədiyi sualları cavab gözləmədən tələm-tələsik verir, sonra bir neçə dəqiqəlik yoxa çıxır və qayıdıb gücənə-gücənə rədd cavabı verir. Sən mənə qulaq asmadan, cavabımı düz əməli dinləmədən necə rədd cavabı verə bilirsən ki? Keçmişdə cinayət əməli törətməmişik, terrorist deyilik, uzun illərdir dövlət qulluğunda çalışıram (ixtisas dərəcəm dövlət qulluğunun müşaviridir), xanımım da elmi işçidir, dosentdir, yəni burada normal işimiz-gücümüz var. Belə olan təqdirdə, nəyə əsasən rədd cavabı verilir, mənim üçün hələ də qaranlıqdır" deyə Azər Sarıyev bildirib.

DİGƏR XƏBƏRLƏR

Top