Azərbaycanda canavar dörd nəfəri parçaladı: ikisi uşaqdır


Oğuzda canavar kəndə hücum edib, ikisi uşaq olmaqla, dörd nəfəri parçalayıb.

Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, bu gün günorta saatlarında rayonun Xaçmaz kəndində canavar öncə iri və xırdabuynuzlu heyvanlara, daha sonra qarşısına çıxan kənd sakinlərinə hücum çəkib.

Nəticədə, ikisi uşaq olmaqla, dörd nəfər ağır xəsarətlərlə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Məlumata görə,yaralılar arasında vəziyyəti ağır olanlar da var.

Kənd sakinlərinin sözlərinə görə, canavar tək olub və quduz olduğu ehtimal edilir. İnsanlara hücum çəkən canavar meşəlik ərazidə gözdən itib.

DİGƏR XƏBƏRLƏR

Top