Erməni girovluğundan azad olunan Qazax sakini xəstəxanaya YERLƏŞDİRİLİB


Erməni girovluğundan azad olunan Qazax rayon sakininin vəziyyəti kafidir. 

Yeniavaz.com xəbər verir ki, bu barədə "Report"un Qərb Mərkəzinə Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov məlumat verib. 

Baş həkim bildirib ki, girovluqdan azad olunan Elvin Ibrahimovun vəziyyəti kafidir: "Elvin İbrahimovun vəziyyəti kafidir. O, Mərkəzin həkimləri tətəfindən bütün tibbi yoxlanışlardan keçərək reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, səhətində ciddi problem yoxdur və yaxın günlərdə evə buraxılması nəzərdə tutulub".

Xatırladaq ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü Elvin İbrahimov  bu il martın 16-da Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. O, Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində ayağından yaralanıb.

Məlumat üçün bildirək ki, E. İbrahimov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılan Ermənistan Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviçlə dəyişdirilərək geri qaytarılıb.

DİGƏR XƏBƏRLƏR

Top