"Böyük İyirmilik" liderlərinin həyat yoldaşları arasındakı tək kişi - FOTO


Yaponiyanın Osaka şəhərində keçirilən "G-20" sammitində liderlər ayrı məqsədlə, həyat yoldaşları isə ayrı məqsədlə bir yerə yığışıblar.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Osakada sammit baş tutarkən, Kyoto şəhərində isə liderlərin həyat yoldaşları üçün ayrıca proqram təşkil olunub. Onlar sammitin ilk günü Tofoku-ji məbədini ziyarət ediblər.
Həmin gəzintidən mətbuata yaılan fotolarda isə liderlərin həyat yoldaşları arasında Tereza Meyin yoldaşı Filip Meyin də olduğu görünür. O qrupdakı yeganə kişidir.
Qeyd edək ki, "Böyük İyirmilik" liderlərindən də yalnız ikisi qadındır. Bunlar Almaniya kansleri Angela Merkel və İngiltərənin baş naziri Tereza Meydir.

DİGƏR XƏBƏRLƏR

Top