Bətnindəki uşağın ölümünə səbəb olan qadın hakim qarşısına çıxarılacaq - FOTO


ABŞ-ın Alabama əyalətində, girişdiyi davada qarnına zərbə alan və nəticədə bətnindəki 5 aylıq uşağın ölümünə səbəb olan Marşi Cones hakim qarşısına çıxarılacaq.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, 27 yaşlı M. Cones davanı başladan tərəf olduğu üçün uşağın ölümünə səbəb olmaqda günahlandırılır.
Conesi qarnından vuran 23 yaşlı İboni Cemison isə ötən ilin dekabr ayında hakim qarşısına çıxmış və bəraət almışdı. Cemison da eyni ittihamla mühakimə olunmuş, ancaq məhkəmə heyəti onu təqsirli bilməmişdi. Ona görə ki, davanı başladan tərəf M. Cones idi.
Çərşənbə günü saxlanılan Cones tələb olunan 50 min dollarlıq cəzanı ödədikdən sonra sərbəst buraxılıb.
Ancaq o məhkəmə proseslərində iştirak etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top