Hindistanda güclü qasırğa - 31 ölü, 11 yaralı


Hindistanın Bihar əyalətində baş verən fırtına nəticəsində 31 nəfər həyatını itirib, 11 nəfər isə yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.
Bildirilir ki, Bihar əyalətində baş verən fırtınada 24 saat ərzində 31 nəfər ölüb, 11 nəfər isə yaralanıb. Bihar əyalətinin başçısı Nitiş Kumar yaralılara ödənişsiz tibbi yardım göstərilməsi üçün bütün xəstəxanalara göstəriş verib.
Hindistan Hidrometeorologiya Departamenti xalqa, ölkədə 24 saat ərzində daha da güclü fırtına olacağı xəbərdarlığını edib.
Qeyd edək ki, bir həftə ərzində Hindistanın Uttar Pradeş əyalətində yağışlarla bağlı baş vermiş qəzalarda 17 nəfər həyatını itirib, 19 nəfər isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top