Almaniyada bu şəxslərə vətəndaşlıq verilməyəcək


Almaniya Federal Məclisi (Bundestaq) ölkədə vətəndaşlıq almaq haqqında yeni qanun layihəsi qəbul edib.
Yeniavaz.com xəbər verir ki, yeni qanuna əsasən Almaniyada vətəndaşlıq ala bilməyəcək və vətədaşlıqdan çıxarılacaq şəxslər məlum olub. Qəbul edilmiş layihəyə əsasən, hər hansı terror qruplaşmasına üzv olanlar və ya Almaniya xaricində istənilən bir terror qruplaşması üçün çalışanlar ikinci ölkə vətəndaşlıqları olması halında Almaniya vətəndaşlığından çıxarılacaq. Bundan əlavə birdən artıq nigahı olanlar və Almaniya həyat-tərzini mənimsəməyənlərə də vətəndaşlıq verilməyəcək. Qanun layihəsində yer alan digər bir dəyişiklik isə Almaniya vətəndaşlığı verilərkən dövlət qurumlarına yanlış məlumat verənlərin ölkədən çıxarılması və 5 il müddətinə Almaniyaya girişlərinin qadağan olunması müddəti 10 ilədək artırılıb. Məclisdə qəbul edilmiş yeni qanunun əsas məqsədi terrorlar mübarizə, birdən artıq nigahların olmaması və sənət saxtakarlıqlarının qarşısının alınması üçündür.

DİGƏR XƏBƏRLƏR

Top