Rusiyadan yayılmağa başlayan zərəli proqram telefonunuzda olan, bank hesablarınızı, emailinizi və digər şəxsi məlumatları xəbəriniz olmadan oğurlayır.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Riltok adlı zərərli proqram xəbəriniz olmadan telefonunuza yüklənərək şəxsi məlumatlarınızı oğurlayır.
Mütəxəssislər xəbər verir ki, bu kimi proqramların telefonda olması son dərəcə təhlükəlidir. Ona görə nə olduğunu bilmədiyiniz proqramları telefonunuzda saxlamayın. "Mənim telefonumda vacib məlumatlar yoxdur" deməyin. Sadəcə email bilgilərinizin oğurlanması ilə sizin haqqınızda bir çox məlumatları əldə etmək mümkündür. Misəl üçün emaildə qeyd etdiyiniz telefon nömrəsi ilə sizin danışıqlarınız, söhbətləriniz, ad soyadınız, dostlarınız, əlaqələriniz rahat şəkildə əldə edilə bilər. Ona görə, bu tip məsələlərdə diqqətli olmaq olduqca vacibdir.