Tramp Putinə barmaq qaldırdı - “Xahiş edirəm, seçkilərə müdaxilə etməyin”


ABŞ prezidenti Donald Tramp Rusiya prrezidenti Vladimir Putinə ABŞ seçkilərinə müdaxilə etməməsini deyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İnterfaks məlumat verib.
Yaponiyanın Osaka şəhərində “Böyük 20”liyin (“G-20”) zirvə toplantısı çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib. Belə ki, liderlərin görüşü zamanı jurnalislərdən biri D.Trampa, “Rusiyanın seçkilərə müdaxilə etməsi məsələsini yenidən qaldıracaqsız?” sualını ünvanlayıb. Dövlət başçısı, suala “bəli” deyərək cavab verib.
Daha sonra amerikalı lider, gülümsəyərək üzünü Putinə tutub və barmağını qaldıraraq deyib: “Xahiş edirəm, seçkilərə müdaxilə etməyin” .
Qeyd edək ki, Rusiya 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə  müdaxilə edib.
 

DİGƏR XƏBƏRLƏR

Top