Tramp İrana hücum qərarını tək verə bilməyəcək


ABŞ Senatının Baş Assambleyası "Milli Müdafiə Təqdimat Qanunu"nun 750 milyard dollarlıq büdcəsini təsdiq edib.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, Senat və Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsi tərəfindən ayrı-ayrılıqda hazırlanıb. Daha sonra üst-üstə düşməyən məsələlərə "Konfrans Komitəsi" tərəfindən yenidən baxılıb və qanun layihəsi 86 müsbət səslə qəbul edilib. 8 nəfər isə qanun layihəsinin təsdiqlənməsinin əleyhinə səs verib.
ABŞ Müdafiə Nazirliyi üçün 642 milyard dolların ayrıldığı qanun layihəsində, Energetika Nazirliyinin milli təhlükəsizliklə bağlı tədbirləri üçün 23 milyard dollar, ölkə xaricində keçiriləcək hərbi əməliyyatlar üçün isə 75 milyard dollar ayrılıb.
Ayrılmış büdcənin yerdə qalan qismi isə fövqəladə hallar üçün nəzərdə tutulub.
Buna baxmayaraq Senatda həmçinin İranla bağlı bir məsələ də səsverməyə çıxarılacaq. Mövzu ilə bağlı açıqlama verən senatorlar Tim Keyn və Tom Udall, səsvermənin, Donald Trampın Baş Assambleyadan xəbərsiz İrana hücum etməsinin qarşısını almaq üçün keçiriləcəyini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top