"Mənim hesabıma milyonlar qazanıldı" - Xoşqədəm Hidayətqızı tənqid etdi


Aparıcı Xoşqədəm Hidayətqızı ATV-nin keçmiş rəhbərliyini tənqid edib.

Yeniavaz.com 
“Qafqazinfo”ya istinadən xəbər verir ki, o, “Səni Axtarıram” proqramının 26 iyun buraxılışında sözügedən kanalın onun sayəsində milyonlar qazandığını iddia edib:

“Bizim arxivimiz məhv olub. Yardım etdiyimiz insanlar, materialları bizə göndərin. Allahdan bircə diləyim var, sizin qarşınıza yaxşı, qədrinizi bilən insanları çıxarsın. Mən bütün illərimi “Səni Axtarıram”a həsr etdim. Ancaq oradan aldığım maaşı bütün işçilərim bilir.

Mənim hesabıma milyonlar qazanıldı. Bu həyatda nə olursa, yaxşılığa doğru baş verir. Sevinirəm ki, bu kanaldayam (Xəzər TV). Çünki qədrimi bilirlər”.

DİGƏR XƏBƏRLƏR

Top