Nazir istefa verməyəcəyini bildirdi - Tbilisidə etirazçılar yürüyüşə başladı


Gürcüstanın paytaxı Tbilisidə ölkə parlamentinin binası önündə keçirilən aksiya yürüşlə davam edir.

Aksiya iştirakçıları hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin biznes mərkəzinə doğru dinc yürüş keçirirlər.

Yürüşçülər əllərində “Qaxaria get!” şüarının olduğu baner tutublar.

Bəzi iştirakçılar yürüşə skuterlərlə qatılıblar. Onlar əllərində “Qaxaria evə get!” sözlərinin olduğu şarlar tutublar.

Qeyd edək ki, bugünkü etiraz aksiyasının tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır. Gürcüstanın daxili işlər naziri istefa verməyəcəyini bildirib.

“Polis əməkdaşlarının tətbiq etdiyi gücün proporsionallığı ilə bağlı məsələyə nöqtə qoyulmayana qədər, mən vəzifəmdə qalacağam”.

Bu barədə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria jurnalistlərlə görüşdə bildirib.

Nazir hər bir polis əməkdaşını müdafiə edəcəyini deyib: “Bu gün vətəndaşlarımız polis əməkdaşlarına “bullinq”ə bənzər xalq məhkəməsi qururlar. Bu, yolverilməzdir”.

DİN rəhbəri qeyd edib ki, polis gücünün proporsionallığı ilə bağlı müəyyən suallar var və onlar araşdırılmalıdır.

//Report

DİGƏR XƏBƏRLƏR

Top