92 yaşlı Tunis prezidentinin ölüm xəbəri yayıldı - Müşaviri təkzib edir

Tunis Prezidenti Beji Kaid əs-Səbsinin 92 yaşında vəfat etdiyi xəbəri yayılıb.

RİA Novosti” xəbər verir ki, dövlət başçısının səhhəti qəflətən pisləşdiyinə görə hospitala yerləşdirilib.

Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Tunis Prezidentinin ölüm xəbəri yayılsa da, müşaviri bunu təkzib edib.

Qeyd edək ki, Zimbabve prezidenti Robert Muqabe 2017-ci ilin noyabrında istefa verdikdən sonra Tunis lideri fəaliyyətdə olan ən yaşlı prezident statusuna sahib çıxıb. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top