Minsk-2019: Azərbaycan güləşçisi zədə səbəbindən finala çıxmayacaq


Sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvü Nurməhəmməd Hacıyev Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında gümüş medalla kifayətlənib. 

Buna 97 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımızın zədə səbəbindən finala çıxmayacağı səbəb olub. 

Belə ki, təmsilçimiz bir gün öncə keçirdiyi bütün görüşlərdə qələbə qazanaraq Avropa Oyunlarının həlledici görüşünə vəsiqə qazanıb. Lakin yarımfinalda dizindən aldığı zədə bu gün özünü daha şiddətli büruzə verib. Həkimlərin tövsiyəsinə əsasən, Hacıyev bu gün Abdulrəşid Sadullayevlə (Rusiya) final qarşılaşmasına çıxmayacaq.

Bununla da Azərbaycan millisinin Avropa Oyunlarındakı medal sayı 15-ə çatıb. Bunlardan biri qızıl, beşi gümüş və doqquzu bürüncdür. (APA)

DİGƏR XƏBƏRLƏR

Top