Bakıda diri cücələr zibilliyə atılıb - VİDEO

Sosial şəbəkələrdə körpə cücələrin kütləvi şəkildə yumurta qarışıq zibilliyə atıldığını əks etdirən videogörüntülər yayılıb.

Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, görüntülərin Zirə kəndində çəkildiyi iddia edilir. Belə ki, bir neçə gənc zibilliyin ətrafından keçərəkən cücə səslərinə ayaq saxlayıb. Mənzərədən şoka düşən gənclər diri cücələrin atıldığını görüb, bir neçəsini xilas ediblər.

Cücələrin “Zirə” quşçuluq təsərrüfatının işçiləri tərəfindən atıldığı güman edilir. Lakin həmin təsərrüfatın hazırda fəaliyyət göstərib-göstərmədiyi barədə məlumat yoxdur.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət olunsa da, zənglərə cavab verən olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top