Bakı Slavyan Universitetində məzun günü qeyd olunub


Bakı Slavyan Universitetində (BSU) məzun gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Yeniavaz.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva əlamətdar gün münasibəti ilə məzunları və valideynləri universitetin professor-müəllim heyəti adından təbrik edib, onlara yeni nailiyyətlər, cansağlığı diləyib. Ölkəmizdə dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışan rektor Prezident İlham Əliyevin gənclər barədə verdiyi sərəncamlardan söz açıb.
Məzunları təbrik etmək üçün söz alan Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov ölkəmizdə bilikli və bacarıqlı gənclərə daim ehtiyac olduğunu diqqətə çatıdırıb. O, BSU-da müasir tələblərə cavab verən ixtisaslı kadrlar hazırlamasını və universitetdə həyata keçirilən yenilikləri yüksək qiymətləndirib.
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin humanitar məsələlər üzrə müşaviri İqor Yeronin, təhsil eksperti, professor Şahlar Əsgərov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini Abbas Hüseynov çıxışlarında gənclərin üzərində böyük əməyi olan valideynləri və müəllimləri təbrik edərək məzunlara uğurlar diləyiblər.
Tədbir geniş konsert proqramı ilə davam edib.
Qeyd edək ki, bu il Bakı Slavyan Universitetindən bakalavriat səviyyəsi üzrə əyani təhsil alan 595, qiyabi təhsil alan 12 tələbə və magistratura səviyyəsi üzrə 115 magistr məzun olub.

DİGƏR XƏBƏRLƏR

Top