seki-xan-sarayinda-xesaret-alanlardan-biri-vefat-edib

Şəki Xan Sarayında xəsarət alanlardan biri vəfat edib

azerbaycanda-xeyriyyeciler-hec-vaxt-asfalti-olmayan-kende-yol-cekdirdiler-video

Azərbaycanda xeyriyyəçilər heç vaxt asfaltı olmayan kəndə yol çəkdirdilər - VİDEO

megafon-azerbaycan-xalqindan-uzr-istedi

"Megafon" Azərbaycan xalqından ÜZR İSTƏDİ

çərşənbə axşamı, 16 iyul 2019
AZ RU EN TR

CƏMİYYƏT

“Coca-Cola” Azərbaycan şirkətini məhkəməyə verdi - 289 manata görə

27.06.2019 14:41 Oxundu 217


“Azərbaycan Coca-Cola Bootlers Limited” MMC “Qida Təchizat SK” MMC-ni məhkəməyə verib.

Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Coca-Cola” 289 manat borcun tutulması barədə tələb irəli sürüb.

İddiа tələbi onunla əsaslandırılıb ki,“Azərbaycan Coca-Cola Bottlers LTD” MMC ilə “Qida Təchizat SK” MMC arasında 28 iyun 2017-ci il tarixdə müqavilə bağlanıb. Həmin müqavilənin şərtlərinə uyğun olaraq “Coca-Cola” istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri “Qida Təchizat SK” MMC-yə satıb. Cavabdeh həmin malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC müəssəsinə ödəməyi öhdəsinə götürüb. 

Daha sonra “Qida Təchizat SK” MMC-nin “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-yə 289 məbləğində ödənilməmiş borcu qalıb.

Məhkəmənin qərarına əsasən, iddiа tələbi təmin еdilib.