Su allergiyası nədir və müalicəsi necə aparılmalıdır?


Nadir rastlanan xəstəlik də olsa dünyada bir qrup şəxs su allergiyasından əziyyət çəkir. Bu xəstəlik insan həyatına bir sıra çətinliklər yaradır. Həkimlərin məsləhətinə görə, gün ərzində insan orqanizminə 2,5 litr su lazımdır, amma bu xəstəliyi olan şəxlər buna riayət edə bilmirlər.

Yeniavaz.com su allergiyası haqqında bilmədiklərinizi təqdim edir:

Təbiətin və insaların vazgeçilməz qaynaqlarından biri də sudur. Lakin suyun xeyirli tərəfləri olduğu kimi zərərli tərəfləri də var. Onlardan biri də su allergiyasıdır. Allergiya daha çox qidalara, günəş şüalarına, bəzi bitkilərə qarşı yaransa da bu xəstəlikdən əziyyət çəkənlər də az deyil. Ümumilikdə iki növ su allergiyası var. Birincisi suyu içdikdə digəri isə suya toxunduqda yaranır. Bu xəstəliyə kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.

Su allergiyası nədir?
Demək olar ki, bütün su növlərinə qarşı immunitet sisteminin hərəkətə keçməsidir. Xüsusilə üz nahiyyəsində qızartıların olmasıyla başlayan xəstəliyin ağırlıq dərəcəsi insandan-insana dəyişir. Su ilə təmasa girməməsi lazım olan şəxsin yaşam tərzinə ciddi təsir etdiyi qədər, həyat təhlükəsini də artırır. Xəstəliyin müalicəsi isə o qədər də asan deyil.

Yaranma səbəbləri
- Nizamsız və hərəkətsiz həyat tərzi;
- Orqanik olmayan qida istehlakı;
- Sıx və böyük şəhərlər;
- Hava çirkliliyi, havada kimyəvi maddələrin olması;
- İrsi bəzi faktorlar;
- Tez-tez “fast food” istehlakı. 
 
Əlamətləri nələrdir?
- Üzdə qızarıqlıq, şişmə;
- Tez-tez qaşınma;
- Yüksək temperatur;
- Baş ağrıları, ürək bulanma;
- Su içərkən boğazda yanma hissi;
- Boğaz infeksiyaları kimi əlamətlər; şişkinlik, dilin şişməsi, ağız içi yaralar.

Dənizə və hovuza girərkən ya da su içdiyiniz zaman boğazınız ağrıyır, üzünüzdə müxtəlif reaksiyalar baş verirsə bu zaman mütəxəssislərə müraciət etməyiniz məsləhət görülür. Bu xəstəliyin dəqiq müalicəsi olmasa da həkimlər bunun qarşısını almaq üçün xüsusi kremlər məsləhət görürlər.

İlahə Hüseynova
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top