10 milyonu götürüb azərbaycanlı sevgilisi ilə qaçdı - Türkiyədə dələduzluq


Türkiyədə İbrahim B. adlı şəxs ətrafındakı insanlara 10 milyon türk lirəsi(təxminən 3 miyon manat) "ataraq" ailəsi və 3 övladını buraxıb və azərbaycanlı qadınla qaçıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Türkiyənin Aydın vilayəinin Germencik ilçəsində baş verib.

O bütün bunları etmək üçün əvvəlcə süd ferması yaradıb.

Daha sonra yüksək qazanc vədləri ilə 250 nəfəri fermaya şərik edib və onların adına müxtəlif banklardan kreditə 10 milyon türk lirəsi götürüb.

Bundan sonra o həyat yoldaşı və 3 övladını qoyaraq azərbaycanlı sevgilisi ilə "yoxa çıxıb". Zərərçəkmişlər Aydın Prokurorluğuna bu barədə şikayət ərizəsi veriblər.

DİGƏR XƏBƏRLƏR

Top