“Lotu Quli”nin Belarus nəzarətçisinin həbs görüntüləri yayıldı - VİDEO


Belarusun paytaxtı Minskdə “Kandıba” ləqəbli qanuni oğru həbs edilib.

Yeniavaz.com Lent.az-a istinadən xəbər verir ki, “Kandıba” quldurluqda və zorlamada ittiham olunur.

Bildirilir ki, “Kandıba” bundan əvvəl 3 dəfə məhkum edilib. O, Belarus kriminalitetinin “Xaç atası” sayılan Aleksandr Kuşnerovun (“Saşa Kuşner”) sağ əli sayılırdı. “Saşa Kuşner” onu Belarusa nəzarətçisi təyin etmişdi.

Yayılan xəbərə görə, Aleksandr Kuşnerov bunu “Lotu Quli”nin tapşırığı ilə etmişdi. Söhbət ondan gedir ki, “Saşa Kuşner” bir qədər əvvəl Moskva vilayətində qısa müddətə həbs edilmiş, azadlığa çıxan kimi Rusiyanı tərk edib, İstanbulda yaşayan “Lotu Quli”yə sığınmışdı. “Lotu Quli”yə biətdən sonra məhz “Kandıba” Belarusa nəzarətçi təyin olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top