Madaqasqarda stadionda izdiham: 16 nəfər öldü


Madaqasqarın paytaxtı Antananarivoda müstəqillik günü münasibətilə stadionda keçirilən tədbirdə izdiham yaşanıb.

Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, izdiham nəticəsində 16 nəfər əzilərək həyatını itirib. Onlarla adamın isə yaralandığı bildirilir. 

Ölkənin Fransa əsarətindən çıxmasının 59-cu ildönümü ilə keçirilən tədbirlər çərçivəsində polis əhalinin stadionu tərk etməsi üçün qapıları açıb. Daha sonra ani bir qərarla qapılardan bəzilərinin bağlanması sıxlığa və izdihama səbəb olub.

Madaqasqar prezidenti Endri Racolina hadisə zamanı yaralananları xəstəxanada ziyarət edib və bu şəxslərin bütün tibbi xərclərini qarşılayacağını bildirib.

Qeyd edək ki, həmin stadionda ötən ilin sentyabr ayında da bu cür hal baş vermiş, nəticədə 1 nəfər ölmüş, 30-dan çox insan isə yaralanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top