2 milyonluq saatı oğurlanan Saleh Məmmədovun oğludur?


Jurnalist Cavanşir Həsənli İspaniyada 2,2 milyonluq saatı oğurlanan şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 22 yaşlı oğlu Sübhan Məmmədli olduğu haqda məlumat yayıb.

Yeniavaz.com xəbər verir ki, “Qafqazinfo” yayılan məlumatları dəqiqləşdirmək üçün AAYDA-ya müraciət edib.

Agentlikdən saytımıza bildirilib ki, bu məlumatların heç bir əsası yoxdur: “Onu yayanlar hardan bildilər ki, bu şəxs Sübhan Məmmədlidir? Tamamilə yalandır, belə bir şey yoxdur, cəfəngiyyatdır”.

Məlumata görə, 22 yaşlı azərbaycanlı gənc İbiza adasında olarkən naməlum şəxs ona hücum edərək saatını alıb və bir-iki zərbə də vurublar. Oğurlanan “Richard Mille” markasına aid “50-03 McLaren F1” model saatdan dünyada cəmi 75 ədəddir.

Bu informasiya dünya mətbuatda çap olunandan sonra sosial şəbəkələrin yerli cameəsində həmin şəxsin Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olması haqda məlumatlar yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top