Rusiyada təyyarə qəza enişi etdi - 2 nəfər ölüb, yaralanalar var - VİDEO


Rusiyada An-24 sərnişin təyyarəsi qəza enişi edib.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, hadisə Buryatiya Respublikasının şimalında baş verib. Hadisə zamanı 2 heyət üzvü ölüb, daha 7 nəfər xəsarət alıb. 

Qeyd edilir ki, təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib. Təyyarə Nijneanqarskdan Ulan-Udeyə uçurmuş. Hava maşını səmada olarkən mühərriklərdən birində nasazlıq ortaya çıxıb.

İlkin məlumata görə, təyyarə uçuş-enmə xəttindən 100 metr kənara çıxıb və təmizləyici qurğuların binası ilə toqquşub. Təyyarə bundan sonra yanmağa başlayıb.

(report)

DİGƏR XƏBƏRLƏR

Top