Rza Zərrab işilə bağlı həbs olunan bank müdiri Türkiyəyə gətiriləcək


Türkiyə “Xalqbank”ının keçmiş icracı direktorlarından biri - Hakan Atilla 19 iyulda Türkiyəyə gətiriləcək.

Bu barədə Hakan Atillanın vəkilləri “Amerikanın Səsi” televiziyasında çıxış edərkən bildiriblər.

Rza Zərrabın məhkəmələri zamanı ittiham olunan Hakan Atillanın 32 aylıq həbs edilməsi qərarının ardından Türkiyəyə gətiriləcəyini açıqlayan vəkillər bu prosesin bürokratik sənədləşməylə əlaqədar bir qədər müddət alacağını bildiriblər. Belə ki, həbsxanadan çıxarıldıqdan sonra müttəhimin miqrasiya üzrə səlahiyyətlilər tərəfindən ifadəsi alınacaq.

Qeyd edək ki, öncəki prosesdə prokurorlar Atillanı Rza Zərrabla və başqaları ilə sövdələşməyə girərək, fırıldaqçı qızıl və ərzaq alqı-satqısı vasitəsilə İrana köməklik göstərməkdə ittiham edirdilər və 105 il həbsini istəyirdilər. Lakin sonradan məhkəmə Atillanın çirkli pulların yuyulmasına dair ittiham üzrə təqsirli olmadığı nəticəsinə gəldiyi üçün hakim Riçard Berman Hakan Atillanı 32 aylıq həbsə məhkum etmişdi. APA

DİGƏR XƏBƏRLƏR

Top