Masallıda oğurluq edən Yevlax sakini saxlanıldı. Yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlayan şəxsi Masallı Rayon Polis Şöbəsinin əməkdaşları ələ keçiriblər.
Polis əməkdaşları oğurluğu törədən şəxsin Yevlax şəhər sakini İntiqam Mahmudov olduğunu müəyyən ediblər. Oğurladığı qızılların bir qismi İ.Mahmudovun üzərində aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.//Sputnik Azərbaycan