Çimərliklərdə batan 8 nəfərdən 7-si xilas edilib - 19 yaşlı qız boğulub


“Şıx” çimərliyində Binəqədi rayon, Xocasən qəsəbə sakini, 2000-ci il təvəllüdlü Rəhimova Nərgiz Vahid qızı çimərkən boğularaq ölüb.

N.Rəhimovanın eplepsiyası olduğu bildirilib.

Ehtimal edilir ki, dənizdə çimərkən onda qıcolma baş verib. (APA)

Bu gün Azərbaycanın müxtəlif ərazilərində yerləşən çimərlik və qeyri-çimərlik ərazilərdə boğulma hadisələri qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Corat, Zuğulba-3, Qızılqum və Mingəçevir sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib.

DİGƏR XƏBƏRLƏR

Top