20 milyon işçini robotlar əvəzləyəcək


2030-cu ilə qədər 20 milyon işçini robotlar əvəz edəcək.

Bu barədə "Oxford Economics" araşdırma şirkəti məlumat yayıb. Sənaye üçün nəzərdə tutulan robotlar 1,6 işi aradan qaldırır. Növbəti 10 il ərzində təhsil və ixtisaslaşma səviyyəsi aşağı olan ölkələrdə robotlar səbəbindən işsizlərin sayının daha da artacağı gözlənilir. Lakin analitiklər bildirir ki, işlərin avtomatlaşması iqtisadi inkişafa, yəni yeni iş yerlərinin yaranmasına səbəb olacaq. 

İşçi qüvvəsinə görə dünyada liderlik edən Çin avtomatlaşmadan daha çox əziyyət çəkəcək.

Qeyd edək ki, 2000-ci ildən bəri Avropada 400 min, ABŞ-da 260 min, Çində 550 min istehsal işində robotlar insanları əvəz edib. (Qaynarinfo)

DİGƏR XƏBƏRLƏR

Top