Hacı Nuran Türkiyədə müalicə alan Ağdaş sakini ilə görüşüb - FOTOLAR


Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun müalicə üçün İstanbula apardığı Ağdaş sakini Ramin Məmmədov Hacı Nuranla görüşüb.

Bu barədə Yeniavaz.com-a R.Məmmədov özü məlumat verib. O, bildirib ki, Hacı Nuranla "Palmali" şirkətinin ofisində görüşüb: "İstanbulda qaldığım evdə idim. Bir nəfər gəldi ki, hazırlaşın gedək "Palmali" şirkətində sizinlə görüşmək istəyən var. Gedəndə gördüm Hacı Nurandı. Sağ olsun səhəttimlə maraqlandı. Hər hansı bir problemimin olub-olmadığını soruşdu".

R.Məmmədov səhhətinin də getdikcə yaxşılaşdığını bildirib: "İki seans kimya terapiya qəbul etmişəm Allaha şükür hər şey getdikcə yaxşılığa doğru gedir. Axırıncı kimya terapiyadı da yaxın günlərdə alacam. Ondan sonra həkimlər əməliyyat barədə qərar verəcəklər". 

Qeyd edək ki, R.Məmmədovun müalicə aldığı "LIV Hospital"ın cərrah-həkimi Gürsel Turqut Yeniavaz.com-a açıqlamasında bildirmişdi ki, əvvəlcə xəstənin üzündə olan şişin ölçüsünü kiçiltmək üçün 3 seans kimya terapiya olunacağını daha sonra isə şişin kiçilmə dərəcəsindən asılı olaraq, böyük və ya kiçik əməliyyat aparılacağını demişdi.

DİGƏR XƏBƏRLƏR

Top